Aksiya açıqlaması: `Evlərin sökülməsinə biz qərar vermirik`


14:53     28 Noyabr 2016 nesimi%20pasayev.jpg

Keçmiş “Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər.


Azadliq.org-un xəbərinə görə, etiraz edən sakinlər evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər.

Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir. Sakinlər deyir, söküntünü «Bakı Metropoliteni» QSC-i həyata keçirir.

Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmir.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Femida.az -a açıqlama verib.

O bildirib ki, ərazidə metrostansiya tikilmir:

“Banövşəyi xəttin Xocasən elektrik deposu ilə "Avtovağzal" stansiyası arasında tunel tikilir. Ordakı evlərin köçürülməsi qərarını da metropoliten verməyib. Ərazidəki evlərin köçürülüməsi ilə bağlı qərar, müvafiq dövlət qurumları tərəfindən məqsədəuyğun hesab edilərək verilib”.

N.Paşayevin sözlərinə görə, evlər qiymətləndirici şirkət tərəfindən qiymətləndirilib:
“Bu qiymətləndirməyə əsasən, müvafiq qurum tərəfindən kompensasiya olaraq maliyyə ayırıb. Hazırda köçürmə işini Binəqədi rayon icra hakimiyyəti həyata keçirir”.

Açar sözlər:

Oxunub: 1649